Ərazinizi, komandanızı və satışınızı bir portaldan idarə edin

Tinda Mobile Portal sahə işçilərinin ərazi üzrə ziyarətlərini, sifarişlərini və hesabatlarını real vaxtda toplayır və birbaşa ERP sisteminizə ötürür.

İstənilən ERP ilə tam inteqrasiyaLogo YazılımLogo Yazılımın Azərbaycanda rəsmi tərəfdaşı
Ərazi 1Ərazi 2Ərazi 3

Tinda Mobile Portal nə edir

Satış və paylama komandalarının sahədəki bütün işi bir sistemdə izlənir, ofisdə isə nəticə dərhal görünür.

Bütün ərazinizi vahid pəncərədən idarə edin

Ərazilər, təmsilçilər və müştərilər bir yerdən bölünür və izlənir. Portalın məqsədi ərazidəki əməkdaşın ofislə əlaqəyə ehtiyac olmadan işini yerindəcə tamamlaya bilməsidir.

Marşrut və ziyarət planı

Hər təmsilçi gündəlik ziyarət siyahısını telefonunda görür. Rəhbər planın nə qədər yerinə yetirildiyini izləyir.

Sahədə sifariş və satış

Təmsilçi sifarişi müştərinin yanında rəsmiləşdirir, qiymət, qalıq və borc məlumatını isə dərhal görür.

Satış kampaniyalarının idarə edilməsi

Kampaniyalar portalda yaradılır, müəyyən ərazi və müştərilərə təyin olunur. Təmsilçi müştəridə hansı kampaniyanın keçərli olduğunu görür və satışı ona uyğun rəsmiləşdirir.

Çek-list və sorğuların idarə edilməsi

Rəhbər ziyarət üçün çek-list və sorğu formalarını portalda hazırlayır. Təmsilçi müştərilərdə onları telefonda doldurur, cavablar dərhal toplanır.

Tapşırıqların idarə edilməsi

Rəhbər təmsilçiyə konkret müştəri və ya məhsul üzrə tapşırıq verir, müddət təyin edir. Təmsilçi tapşırığı telefonunda görür, icra edir və statusunu dəyişir. Rəhbər isə icranın gedişini və gecikən tapşırıqları izləyir. Beləliklə təmsilçi ofisə zəng etmədən işini ərazidə başa çatdırır.

Hesabat və nəzarət

Ərazi, təmsilçi və müştəri üzrə satış və ziyarət hesabatları real vaxtda hazır olur.

İstənilən ERP ilə tam inteqrasiya

  • Hər hansı ERP: müştərilər, məhsullar, qiymətlər və qalıqlar ERP-dən portala, sifarişlər isə portaldan ERP-yə avtomatik ötürülür.
  • Sizin sistemə uyğun qurulur: Tinda komandası inteqrasiyanı sizin ERP-yə görə hazırlayır.
TindaMobile Portal Mobiltəmsilçilər İstənilən ERPtam inteqrasiya

Tətbiq necə həyata keçir

  1. Analiz

    Ərazi strukturunuzu, komandanızı və ERP sisteminizi nəzərdən keçiririk.

  2. İnteqrasiya

    Portalı sizin ERP sisteminizə qoşuruq, məlumat axınını yoxlayırıq.

  3. Təlim

    Rəhbərləri və sahə işçilərini portaldan istifadəyə hazırlayırıq.

  4. Dəstək

    İşə başlayandan sonra texniki dəstək və yeniləmələr davam edir.

Tinda-nın xidmətləri

ERP tətbiqi

ERP sisteminin biznesinizə uyğun qurulması və tətbiqi.

Maliyyə strukturunun qurulması

Şirkətin maliyyə strukturunun ERP-də qurulması.

Biznes proseslərin avtomatlaşdırılması

Tələblərinizə əsasən iş proseslərinin avtomatlaşdırılması.

Veb sayt və mobil tətbiqlər

Biznesiniz üçün veb saytların və mobil tətbiqlərin hazırlanması.

İnteqrasiyaların qurulması

ERP və digər sistemlər arasında məlumat mübadiləsinin qurulması.

Verilənlər bazası xidmətləri

Təhlükəsizlik, yedəkləmə, bərpa və performans idarəetməsi.

Demo üçün bizimlə əlaqə saxlayın

Komandanızın ərazi və satış prosesini yazın, portalın sizin ERP ilə necə işləyəcəyini göstərək.

Ünvan
Azure Business Center, 8 Noyabr prospekti, Bakı AZ1025
WhatsApp ilə göndər

Sorğunuz WhatsApp-da hazır mesaj kimi açılacaq.